AZ

Premyer Liqanın cari mövsümündə bu say 250-ni keçdi

Misli Premyer Liqasının cari mövsümündə qol sayı 250-ni keçib.

Sportinfo.az xəbər verir ki, bu, 17-ci turun son oyun günündə keçirilən “Turan Tovuz” – “Sumqayıt” matçında qeydə alınıb.

Belə ki, 69-cu dəqiqədə sabiq komandasını cəzalandıraraq tovuzlulara 3 xalı gətirən qola imza atan Rəhim Sadıxov yubiley topunun müəllifi olub.

Məhz Sadıxov qarşılaşmada son nöqtəni qoyub və “Turan Tovuz” meydanı 2:1 hesablı qalibiyyətlə tərk edib (Bir görüşdə qeydə alınan texniki nəticə hesaba alınmayıb).

17-ci turda komandalar ümumilikdə 18 qola imza atıblar. 4-cü turda “İmişli” – “Sumqayıt” oyununda meydan sahiblərinə verilən 0:3 hesablı texniki məğlubiyyəti də nəzərə alsaq, bununla mövsümdə vurulan ümumi qol sayı 258-ə çatıb.

Bunun 3-ü texniki nəticədirsə, 6-sı da avtoqol kimi qeydə alınıb.

17-ci tur 18 qolla mövsümün ən məhsuldar 4-cü turu olub. İndiyə qədər ən yüksək göstərici 8-ci tura təsadüf edib – 24 qol. Komandalar 10-cu turda 22, 15-ci turda isə 20 dəfə fərqləniblər.

Seçilən
42
sportinfo.az

1Mənbələr