Meyxanaçı Vüqar Əbdülov keçmiş biznesindən danışıb.
Ölkə.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi tələbəlik illərində istixanası olduğunu bildirib:
"1986-cı ildən 1990-cı ilərə qədər istixanam var idi, qərənfil biznesi ilə məşğul idim. Qərənfil əvvəl sevgi gülü kimi tanımırdı. 20 Yanvar hadisələrindən sonra qərənfil əkmədik, satılmırdı. İstixana işlətmək çətindir".(axsam)