AZ

Vatsapa sərt qaydalar tətbiq edəcəklər

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) “Meta” şirkətinə məxsus mesajlaşma və zəng tətbiqi vatsapı daha sərt tələblərin tətbiq olunduğu “Çox böyük onlayn platforma” kateqoriyasına daxil edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Aİ Komissiyası rəsmi açıqlama yayıb.

Bildirilib ki, vatsapın Aİ ölkələrindəki istifadəçi sayı 45 milyon həddini keçib və bu səbəbdən tətbiq Rəqəmsal Xidmətlər Aktı çərçivəsində xüsusi nəzarət altına alınıb.

Açıqlamada qeyd olunub ki, vatsap həm özəl mesajlaşma, həm də onlayn platforma funksiyalarını birləşdirən hibrid xidmətdir. İstifadəçilərə məlumat, yenilik və elanların paylaşılmasına imkan verən vatsap kanalları funksiyası onlayn platforma anlayışına daxil edildiyindən tətbiq Aİ-də fəaliyyət göstərən platformalar üçün nəzərdə tutulan ümumi öhdəliklərə tabe olacaq.

Yeni statusa uyğun olaraq, vatsapa əlavə hüquqi tələblərin icrası üçün may ayının ortalarınadək vaxt verilib. Bu tələblər xidmətin yaratdığı sistemli risklərin qiymətləndirilməsi və azaldılmasını, o cümlədən, insan hüquqları və ifadə azadlığına mümkün təsirlərin, seçki manipulyasiyası risklərinin, qanunsuz məzmunun yayılmasının və məxfiliklə bağlı narahatlıqların aradan qaldırılmasını nəzərdə tutur.

Qeyd edək ki, Aİ-də feysbuk, instaqram, yutub və linkedin kimi platformalar da “çox böyük onlayn platforma” statusu alıb və onlardan zərərli və qanunsuz məzmunla mübarizəni gücləndirmələri tələb olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
9
qafqazinfo.az

10Mənbələr