AZ

AFFA-nın vitse-prezidenti "Roma"nın oyununa göndərildi

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti dəfə təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsi çərçivəsində oynanılacaq “Panatinaikos” (Yunanıstan) – “Roma” (İtaliya) matçının UEFA nümayəndəsi olacaq.

Görüş yanvarın 29-u Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 30-u, saat 00:00-da başlanacaq.

Matç Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək.

Seçilən
56
sportinfo.az

1Mənbələr