AZ

Azərbaycanlı hakimin idarə etdiyi oyunda Ukrayna qalib gəldi

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Azərbaycanlı hakimin idarə etdiyi oyunda Ukrayna qalib gəldi 

Azərbaycanın FİFA referisi Hikmət Qafarlı futzal üzrə Avropa çempionatının final mərhələsində daha bir oyunda iş başında olub. 

QOL.az xəbər verir ki, həmyerlimiz B qrupunda keçirilən Ukrayna-Litva oyununun birinci hakimi olub. H.Qafarlıya İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək ediblər. 

Kaunasdakı “Jalgiris Arena”da keçirilən matçda Ukrayna yığması 4:1 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutmuş Ermənistan-Ukrayna görüşünə olmuşdu. Timekeeper kimi iş başında olan H.Qafarlı bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
2
qol.az

4Mənbələr