Qızılın unsiyasının qiyməti ilk dəfə 5000 dolları keçib. Metbuat.az xəbər verir ki, 2025-ci ildən bəri 60%-dən çox bahalaşan qızıl qiyməti tarixi dəyər artımını davam etdirib. Məlumata görə, bahalaşma, ABŞ və NATO arasında Qrenlandiya ilə bağlı gərginlik, eləcə də maliyyə və geosiyasi qeyri-müəyyənliklərlə bağlı artan narahatlıqlar səbəbindən baş verib. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti də bahalaşmaya təsir edib. Məlumata görə, qeyri-müəyyən ticarət dövründə investorlar tərəfindən təhlükəsiz sığınacaq kimi görülən qızıl və digər qiymətli metallara yüksək tələbat var. Gümüş qiymətləri də ilk dəfə 100 dollardan yuxarı qalxıb.