AZ

Bəs Coşua karyerasını bitirmişdi?!

Sabiq dünya çempionu Entoni Coşua Nigeriyada baş verən, iki dostunu itirdiyi ağır yol qəzasından sonra məşqləri bərpa edib.

"Football-plus.az" xəbər verir ki, bununla bağlı xəbəri BBC yayıb. Halbuki məşhur boksçunun əmisi Adedamola Coşua yanvarın 6-da onun karyerasını bitirdiyini demişdi.

Coşua dekabrın 29-da Laqos-İbadan trassında ağıq qəza ilə üzləşmiş, iki dostu-məşqçisi faciəvi şəkildə həlak olmuşdu. Boksçu özü isə üç gün sonra xəstəxanadan çıxmışdı.

36 yaşlı Coşua IBF, WBA və WBO versiyaları üzrə ağır çəkidə sabiq dünya çempionu, həmçinin 2012-ci ildə keçirilən Olimpiadanın qalibidi. Onun hesabında peşəkar boksda 29 qələbə və 4 məğlubiyyət var.

Seçilən
29
1
football-plus.az

2Mənbələr