AZ

Xaricdə oxuyan gənclərlə bağlı ÖNƏMLİ AÇIQLAMA – Əsgərlikdən azad ediləcəklər?

Azərbaycanda hərbi xidmətlə bağlı bir sıra məqamlar var ki, onlar cəmiyyət tərəfindən müzakirə olunur. Ölkəmiz müharibə vəziyyətində, torpaqlarımız isə işğal altında olan zaman hamımız bir nəfər kimi hərbi xidmət borcümuzu yerinə yetirmək üçün növbəyə düzlənsək də, indi vəziyyət bir qədər fərqlidir. Belə ki, artıq əsgər sayı və hərbi xidmətə çağırış qaydaları ilə bağlı bəzi düzəlişlərin edilməsi, daha məqbul sayıla bilər. Məsələn, xarici universitetlərdə təhsil alan, elmi-texnoloji yeniliklər edən azərbaycanlıların əsgərlikdən azad edilməsi mümükndür və bu, ölkəmizə daha çox fayda gətirə bilər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Azərbaycanda gənclər üçün mütləq oxşar yanaşma tətbiq olunmalıdır:

“Ümumilikdə isə dünyanın əksər inkişaf etmiş ölkələrindən gənclər üçün mövcud olan müsbət təcrübələri götürüb tətbiq etsək, daha məqsədəuyğun olar. Bu, həm gənclərin ölkədə qalaraq işləməsinə və fəaliyyət göstərməsinə şərait yaradar, həm də başqaları üçün nümunə rolunu oynayar”.

“Bizim elə gənclərimiz var ki, həm Azərbaycan daxilində ən nüfuzlu ali məktəblərdə təhsil alırlar, həm də bu təhsili artıq başa vurublar. Onları digərlərindən fərqləndirmək lazımdır. Burada hər hansı başqa amilə üstünlük verməyə ehtiyac yoxdur. Bu məsələdə biz Ermənistanı deyil, daha çox öz milli maraqlarımızı ön plana çəkməliyik. Azərbaycan gənclərinə özümüz üstünlük verməliyik. Çünki bu gənclər Azərbaycanın gələcəyidir və bütün sahələrdə ölkəyə fayda verə biləcək potensiala malikdirlər”, – ekspert vurğulayıb.

Seçilən
49
nocomment.az

1Mənbələr