AZ

-40 dərəcədə insanları həyatda saxlayan min illik ənənə nədir?

Qrenlandiyanın ən təcrid olunmuş yaşayış məntəqələrindən biri olan İttoqqortoormiitdə sərt qışa baxmayaraq insanlar həyatda qala bilirlər.Metbuat.az xəbər verir ki, insanları həyatda saxlayan onların min illik ənənəsidir. Min illik ənənə yerli əhalini təbiətlə bağlayan ən güclü bağdır. İnuit ovçuları üçün ovçuluq sadəcə bir peşə deyil, əcdadlarından miras qalmış məşğuliyyətdir. Yerli qanunlar ovlanmış heyvanların ticarətini qadağan etsə də, müşk öküzü və ağ ayı əti ailələrin yeməyi və geyimi üçün vacibdir. Məlumata görə, İttoqqortoormiit, temperaturun -40 dərəcə Selsiyə çatdığı Yer kürəsinin ən ucqar yaşayış məntəqlərindən biri kimi seçilir.

Bu kəndə giriş demək olar ki, yoxdur. Şimal qütb dairəsindən 70° şimalda yerləşən kəndin yolu yoxdur. Kəndə yalnız vertolyotla, it xizəyi ilə və ya yay aylarında qısa müddət ərzində qayıqla getmək olar. İttoqqortoormiitdə 370 nəfər əhali var.

Seçilən
40
metbuat.az

1Mənbələr