AZ

ABŞ Kanadanı şantaj edir

Kanadanın F-35 qırıcılarını almaqdan imtina etməsi ABŞ-ı Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) haqqında razılaşmalara düzəliş etməyə məcbur edə bilər.

“İki sahil” xəbər verir ki, ABŞ-ın Kanadadakı səfiri Pit Hukstra CBC telekanalına müsahibəsinə deyib.

"Əgər onlar F-35 qədər operativ uyğunluğa malik olmayan aşağı keyfiyyətli təyyarə almaq qərarına gəlsələr, bu bizim hərbi potensialımıza təsir göstərəcək. Nəticədə, bunu necə kompensasiya edəcəyimizi düşünməli olacağıq", - deyə diplomat bildirib.

Qeyd edək ki, Kanada beşinci nəsil F-35 qırıcılarının alınması proqramına yenidən baxmaq və İsveçin hərbi-sənaye konsernindən JAS 39 Gripen E qırıcılarını almaq imkanını nəzərdən keçirir.

Seçilən
34
4
ikisahil.az

6Mənbələr