AZ

“Sabah”dan ayrılan futbolçu “Arsenal”da – RƏSMİ

“Sabah”dan ayrılan Ayaz Quliyevin yeni klubu bəlli olub.

İdmanxeber.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Rusiyanın “Arsenal” (Tula) klubuna transfer edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Quliyev daha əvvəl 2021/22 mövsümündə də “Arsenal”ın formasını geyinib. O, “Sabah”da isə 54 oyunda meydana çıxıb.

Hazırda Tula təmsilçisi Rusiya 1-ci Liqasında 28 xalla 10-cu pillədə qərarlaşıb.

Seçilən
17
idmanxeber.az

1Mənbələr