AZ

Si Cinpinin dostu ona xəyanət etdi

Çində Mərkəzi Hərbi Komissiyanın sədr müavini general Çanq Yuşiya ölkənin nüvə proqramı ilə bağlı məxfi məlumatları ABŞ-yə sızdırıb. Metbuat.az xəbər verir ki, generalın məsələ ilə bağlı istintaqa cəlb edildiyi iddia edilir. "Wall Street Journal" qəzetinin mənbələrə istinadən məlumatına görə, Çanq Çinin nüvə proqramı ilə bağlı texniki məlumatları ABŞ-yə ötürməkdə və bununla da milli təhlükəsizliyi pozmaqda ittiham olunur. Məlumata görə, generalın məlumat sızdırdığına dair məlumatlar Çin Milli Nüvə Korporasiyasının keçmiş rəhbəri Qu Cunla bağlı istintaq zamanı əldə edilib.

Qeyd edək ki, Çin Kommunist Partiyasının Mərkəzi İntizam Nəzarəti Komissiyası və Çin Milli Təftiş Komissiyası Qu Cunla bağlı istintaqın başlandığını açıqlamışdı. Çin sədri Si Cinpin ilə ailə dostluğu olan Çanq Yuşiya orduda ona ən yaxın şəxslərdən biri kimi tanınıb.

Seçilən
14
metbuat.az

1Mənbələr