BAKI, 26 yanvar. TELEQRAF
ABŞ vitse-prezidentinin Cənubi Qafqaza gözlənilən səfərində Gürcüstanın kənarda qalması məntiqlidir. Çünki səfər birbaşa Zəngəzur məsələsinə həsr olunub.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə,Gürcüstan-Amerika münasibətlərinin hazırkı vəziyyəti hamıya məlumdur: "Əlaqələrin dondurulmasında əvvəlki ABŞ administrasiyası günahkardır. Vaşinqton müvafiq addımlar atacağı təqdirdə Gürcüstanın strateji əməkdaşlığa yeni başlanğıc etməyə hazırdır"