AZ

NATO-nun Baş katibindən Aİ-yə çağırış:ABŞ-ın dəstək dövrü başa çatır

Avropa dövlətləri müdafiə sənayesinin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirməli və bununla da təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini artırmalıdır. Çünki ABŞ-ın dəstək dövrü başa çatır.

“İki sahil” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Avropa Parlamentinin xarici işlər, müdafiə və təhlükəsizlik komitələrinin üzvləri ilə görüşdə deyib.

O, NATO-nun Haaqada keçirilmiş sammitində ölkələrin müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatdırmaq barədə razılaşdıqlarını da xatırladıb:

"Bu, çətin, lakin qaçılmaz vəzifədir. Biz bunu etməliyik və tez yerinə yetirməliyik. ABŞ-ın bizim təhlükəsizliyimizlə bağlı məsuliyyətin böyük hissəsini öz üzərinə götürdüyü dövr keçib".

M.Rütte bildirib ki, Avropa müdafiəsinin gücləndirilməsi alyansın iyulda Ankarada keçiriləcək sammiti ərəfəsində NATO-nun mütləq prioriteti olmalıdır:

"Avropa müdafiə sənayesi hələ ki öz ehtiyacları, o cümlədən Ukraynanın dəstəklənməsi üçün kifayət qədər silah istehsal etmək iqtidarında deyil".

NATO-nun Baş katibi ABŞ silahlarının tədarükü olmadan Avropanın hərbi balansı saxlaya bilməyəcəyini də etiraf edib:

"ABŞ silahları davamlı olmasa, Ukrayna, sözün əsl mənasında, mübarizəni davam etdirə bilməyəcək".

M.Rütte, həmçinin, Rusiya, Çin, İran və Şimali Koreya arasında koordinasiyanın güclənməsinə də diqqət yetirib, onları NATO və Aİ üçün artan çağırış adlandırıb. Lakin Qərb müttəfiqlərinin əməkdaşlıq və inteqrasiya səviyyəsinə görə bu bloku hələ ki xeyli üstələdiyini vurğulayıb.

Seçilən
31
3
ikisahil.az

4Mənbələr