Türkiyə xarici işlər naziri Hakan Fidan, HAMAS Siyasi Büro üzvü Xəlil Həyyənin rəhbərlik etdiyi HAMAS nümayəndə heyəti ilə Ankarada görüşüb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, görüşdə Qəzza Sülh Planının ikinci mərhələsi, Qəzzadakı humanitar vəziyyət və digər regional məsələlər müzakirə olunub.