Viktor Osimhen "Qalatasaray"la adı hallanan Ademlo Lukman və Rafael Onyedika barədə danışıb. Metbuat.az xəbər verir ki, o, futbolçuları “Qalatasaray”a transfer olmağa çağırıb. Osimhen bildirib ki, d Ademlo Lukman və Rafael Onyedika ilə dünyanın ən böyük klublarından biri ilə oynamaq istəyir. Osimhen milli komandada bilrikdə oynadığı futbolçuların hər ikisi ilə danışdığını ifadə edib. Osimhen "Qalatasaray" və klubun azarkeşləri barədə futbolçulara məlumat verdiyini qeyd edib. Osimhen, "Onyedika çox yaxşı oyunçudur. Onyedikanın bura gəlməsini çox istərdim. Hər ikisi çox yaxşı oyunçudur. Onları inandırmağa çalışıram. Çox istərdim ki, dünyanın ən böyük klublarından birinə gəlib bizimlə oynasınlar”, - deyə bildirib.