AZ

Poroşenko NATO-da mesaj verdi: “Ukraynanın müdafiəsi Avropanın müdafiəsidir” » AzadMedia.az



Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko NATO-nun Brüsseldəki qərargahında çıxışı zamanı Ukrayna Silahlı Qüvvələrinin transatlantik təhlükəsizliyin dayağı olduğunu bəyan edib. Bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Poroşenkonun sözlərinə görə, Ukraynaya dəstək göstərilməsi təkcə Kiyevə yardım anlamına gəlmir, bu, eyni zamanda NATO ölkələrinin öz təhlükəsizliyinə yatırımıdır.
“Ukraynanı dəstəkləməklə artıq hamı anlayır ki, siz təkcə bizə kömək etmirsiniz, siz öz təhlükəsizliyinizə investisiya edirsiniz. Ukraynanın müdafiəsi Avropanın müdafiəsidir”, – deyə sabiq prezident vurğulayıb.
Məlumata görə, bu açıqlama NATO-nun baş katibi Mark Rütte və alyansa üzv ölkələrin nümayəndələri qarşısında səsləndirilib.
NATO artıq müharibədən sonrakı mərhələni planlaşdırır
Xəbərdə xatırladılır ki, yanvarın 23-də Ukraynanın NATO-dakı nümayəndəsi Alyona Getmançuk alyansın Rusiya ilə münaqişə başa çatdıqdan sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hərbi komponentinin hazırlanmasına artıq cəlb olunduğunu bəyan edib. Bu açıqlama onu göstərir ki, NATO yalnız cari vəziyyətlə deyil, müharibədən sonrakı təhlükəsizlik arxitekturası ilə də aktiv şəkildə məşğuldur.
Bundan əvvəl isə Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs əldə olunduqdan sonra ölkə ərazisində Avropa dövlətlərinin hərbi kontingentlərinin yerləşdirilməsinin vacibliyini dilə gətirmişdi. Bu fikir həm regionda, həm də alyans daxilində geniş müzakirələrə səbəb olub.

Avropa üçün təhlükəsizlik, Rusiya üçün siqnal

Ekspertlərin fikrincə, Poroşenkonun NATO-da səsləndirdiyi tezislər Ukraynanın özünü Avropa təhlükəsizliyinin ön xətti kimi təqdim etməsi strategiyasının tərkib hissəsidir. Bu yanaşma NATO ölkələrini Ukraynaya dəstəyi azaltmamağa çağırmaqla yanaşı, Rusiya üçün də siyasi və hərbi mesaj xarakteri daşıyır.
Eyni zamanda, Avropa hərbi kontingentlərinin Ukraynada mümkün yerləşdirilməsi ideyası münaqişənin beynəlmiləlləşməsi risklərini artırır və təhlükəsizlik balansının daha da həssaslaşacağına işarə edir.
Seçilən
37
1
azadmedia.az

2Mənbələr