AZ

Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı

Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib.

Azreform.info xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.

"Ata uşaqları anadan götürərək nənə və babanın himayəsində qalması üçün onların evinə gətirib. Nənə və baba bütün səylərinə baxmayaraq, maddi və sosial imkanlarının məhdudluğu səbəbindən uşaqlara lazımi qayğı göstərə bilməyiblər. Daha sonra ana uşaqları yenidən atadan götürərək gözəllik salonlarından birində qoyub gedib. Vəziyyətlə bağlı dövlət qurumları dərhal müdaxilə edərək uşaqları sığınacağımıza yerləşdirib.

Onu da qeyd edək ki, uşaqların birinin ürəyində problem olduğu deyilib", - deyə Zeynalova bildirib. 

Seçilən
76
19
azreform.info

10Mənbələr