AZ

“Zəngəzur dəhlizi realdır, Ermənistan prosesin qarşısını ala bilməz” - Oqtay Qasımov

"Vardan Oskanyan və onun kimi şəxslərin verdiyi açıqlamalara məhz bu kontekstdən yanaşmaq lazımdır. Onlar bütün məsələləri Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik üzərində qurur, eyni zamanda Rusiyanın Ermənistandakı əsas ruporları kimi çıxış edirlər. Bu baxımdan Oskanyanın səsləndirdiyi fikirlər reallıqdan uzaqdır və cəfəngiyyat xarakteri daşıyır. Çünki hələ 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatda bu ərazidən keçəcək dəhlizin əsas mahiyyəti açıq şəkildə göstərilib. Sənədə əsasən, Azərbaycan vətəndaşları, avtonəqliyyat vasitələri və yüklər maneəsiz və təhlükəsiz keçid əldə etməlidirlər. Bu, məhz dəhliz formuludur və onun əsasında Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə danışıqlar aparıb. Rusiyanın prosesdə ilkin iştirakından sonra avqustun 8-də ABŞ-nin bu məsələyə qoşulması ilə prosesə yekun mərhələ verilib. Artıq ABŞ tərəfi dəhlizdə nəzarətin həyata keçirilməsi ilə bağlı üzərinə öhdəlik götürüb".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Xatırladaq ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq “Tramp marşrutu”, yaxud Zəngəzur dəhlizi fasiləsiz və maneəsiz rejimdə fəaliyyət göstərəcək. Bu barədə Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan bildirib. Onun sözlərinə görə, bütün bu prosesin əsas məqsədi Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvanla maneəsiz və fasiləsiz əlaqəsinin təmin edilməsidir. "O öhdəlik Ermənistan tərəfindən əvvəlcədən razılaşdırılmış və imzalanmış sənədlərdə təsbit olunub”, – deyə Oskanyan qeyd edib. Vardan Oskanyan bundan əvvəl də bildirib ki, TRIPP layihəsi mahiyyət etibarilə dəhliz xarakteri daşıyır və ondan əsasən Azərbaycanla Türkiyə faydalanacaq. Qeyd edək ki, V.Oskanyan rusiyayönlü siyasi fiqur kimi tanınır və Ermənistan daxilində Moskvanın siyasi xəttinə uyğun mövqe sərgiləyir.

Siyasi şərhçi bildirib ki, hazırda işin hüquqi, siyasi, texniki və maliyyə məsələlərinin əsas hissəsi artıq öz həllini tapıb.

Seçilən
33
aznews.az

1Mənbələr