AZ

Tramp Qrelandiyaya qarşı hərbi addım atsa, impiçment proseduru başlana bilər

ABŞ Konqresi Tramp administrasiyasını Qrenlandiyaya hərbi müdaxilə ilə bağlı xəbərdar edib...

Poliqon xəbər verir ki, ABŞ Konqresi prezident Donald Tramp administrasiyasını xəbərdar edib ki, əgər Ağ Ev Qrenlandiyanın birləşdirilməsi üçün hərbi əməliyyatlara başlayarsa, impiçment proseduru tətbiq oluna bilər. Reuters-in məlumatına görə, narahatlıq Konqresdə administrasiyanın yüksək vəzifəli nümayəndələrinin Qrenlandiyaya qarşı hərbi senarini istisna etmədiyini açıqlamasından sonra yaranıb.

Qeyd olunur ki, bu xəbərdarlıq ABŞ-nin Venesuela əməliyyatından dərhal sonra verilib və qanunvericilər narahatdırlar ki, administrasiya Konqreslə məsləhətləşmədən yeni hərbi müdaxilələrə başlaya bilər. Ekspertlər bildirirlər ki, belə addımlar Konqresin qanuni səlahiyyətlərinə hörmətsizlik kimi qiymətləndirilə bilər və daxili siyasi gərginliyi artırmaq riski daşıyır.

Həmçinin, Konqresdəki bəzi üzvlər hesab edirlər ki, Qrenlandiya məsələsində hərbi əməliyyat yalnız ətraflı məsləhətləşmələrdən sonra planlaşdırılmalıdır, çünki bu, ABŞ-ın beynəlxalq nüfuzuna və Şimali Atlantik bölgəsindəki strateji balanslara ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr