Ehtiyatda olan general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisi, bloqer Nərmin Xudaverdiyevanın ittihamlarəna cavab verib.
KONKRET.az-ın “Yeni Sabah”a istinadən xəbərinə görə, generalın oğlu bildirib ki, N.Xudaverdiyevanın dedikləri şər və böhtandır.
Rüstəm Orucov Cinayət Məcəlləsindən maddələr paylaşıb və şər-böhtana görə ağır cəzaların nəzərdə tutulduğu vurğulayıb.
“Polisə və ya digər hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumat vermək (yalan xəbərçilik) Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə tənzimlənir. Bu əməl cinayət xarakterli məlumatdan və ya təqsirsiz şəxsi ittiham etməkdən ibarət ola bilər.
296.1-ci maddə: Yalan xəbərçilik 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
296.2-ci maddə: Ağır və ya xüsusilə ağır cinayətlərlə bağlı yalan xəbərçilik 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Hər iki halda, yalanın məqsədi şəxsin məsuliyyətə cəlb edilməsi və ya vaxt itkisinə səbəb olmaqdır. Əgər siz qabunlardan qorxmursunuzsa, eybi yox”.
Qeyd edək ki, Nərmin Xudaverdiyeva keçmiş sevgilisi Rüstəm Orucov tərəfindən sosial şəbəkələrdə və həyatda təhdid edildiyini bildirərək polisə müraciət edib. Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğludur. O, əvvəllər xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə məhkəmə qarşısına çıxarılıb və həbs olunub.