Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.
Aznews.az xəbər verir ki, 33 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 23 döyüş baş tutub.
Qarşılaşmaların yekununa əsasən son 5 çəkidə də yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər.
Qadın boksçuların mübarizəsində isə son 2 çəki dərəcəsində finalçılar bəlli olub. 4 döyüşün yekununa əsasən həlledici mərhələyə yüksələnlər dəqiqləşib.
Azərbaycan çempionatı
26 yanvar
Qadınlar
1/2 final
51 kq
Cəmilə Sultanlı (Sumqayıt) – Leyla Quliyeva ("Firuz" BK) – 5:0
Günel Rəhimova (DİN İC) – Nərgiz Zeynalova ("Abşeron" İK) – birinci nokautla qalib gəlib
65 kq
Özləm Həsənova (AHİTA) – Fatimə Mehdiyeva (Gəncə) – 2:3
Leyli Bayramova (Quba) – Hamama İsrafilova (DİN İC) – ikinci döyüşə gəlməyib
Kişilər
1/4 final
50 kq
Bilalhəbaşi Nəzərov ("Dəmir Yumruq" BİK) – Elnur Muradov (AzTU) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib
Yusif Soltanov ("Neftçi" İK) – Ramal Yolçiyev ("Qəbələ" İK) – 5:0
Rəvan Babayev (Gəncə) – Kənan Babayev (MOİK) – 0:5
Ucal Musayev (Naxçıvan MR) – Yadigar Əliyev ("Səbail" İK) – 5:0
60 kq