AZ

Rusiyanın Baltikyanı ölkələrə təcavüzü üçün əlverişli fürsət yetişib

Ukraynanın “Qara Dəniz Strateji Araşdırmalar İnstitutu” layihəsinin ekspertlərinin fikrincə, mövcud geosiyasi vəziyyət Rusiya və Belarusun Baltikyanı ölkələrə qarşı mümkün təcavüzü üçün ən əlverişli şərait yaradır.

İnstitut rəhbəri Andrey Klimenkonun sözlərinə görə, Baltikyanı ölkələr potensial eskalasiya risklərini minimuma endirmək üçün silahlı qüvvələrini əvvəlcədən tam döyüş hazırlığına gətirməlidirlər. “Azadlıq” Radiosunun məlumatına görə, bu qiymətləndirmə Krımın ilhaqını proqnozlaşdıran və Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya tammiqyaslı hücumundan əvvəl risklərin kəskin artmasını sənədləşdirən analitiklərin uzunmüddətli təcrübəsinə əsaslanır.

Ekspertlər iyirmi risk göstəricisini izləyir və mövcud vəziyyət əvvəlki böhranlarla təhlükəli paralelləri ortaya qoyur. İnformasiya komponenti – Rusiya mediası və təbliğatının ritorikası – xüsusilə narahatedicidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
63
editor.az

1Mənbələr