AZ

İşə gecikənlərin nəzərinə

İşə gecikməyə görə cərimə tətbiq olunub-olunmaması bir çox işçini maraqlandıran məsələlərdəndir. Bu cür hallarda işəgötürənin hansı hallarda cərimə edə bilməsi və işçinin məsuliyyətinin nə ilə məhdudlaşması qanunla müəyyən edilir.Hüquqşünas Ramil Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə cərimələrin tətbiqi yalnız həmkarlar təşkilatı ilə işəgötürən arasında bağlanmış kollektiv sazişdə bu məsələ öz əksini taparsa, nəzərdə tutulub: "Lakin işçinin işə gecikməsi nəticəsində işəgötürənin müştəri qarşısında məsuliyyəti artarsa və müştəriyə vurulmuş zərərə görə işəgötürən təqsirkar hesab edilərsə, həmin işçi də reqress qaydasında vurulmuş zərərin ödənilməsinə cəlb oluna bilər".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
28
metbuat.az

1Mənbələr