AZ

Doğuşayardım Komissiyasının sədri qeysəriyyə əməliyyatlarından sonra yaranan sarılığın səbəblərini açıqlayıb

Bakı. Trend:

Uşaqda patoloji sarılığın inkişaf etməsinin qeysəriyyəəməliyyatı ilə heç bir əlaqəsi yoxdur.

Bunu Trend-əmüsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri TəranəRəcəbli bildirib.

Onun sözlərinə görə, Qeysəriyyə əməliyyatından sonra körpədəsarılıq müxtəlif səbəblərdən yarana bilər:

“Ana südü ilə bağlı amillər, qan qrupu uyğunsuzluğu və irsixəstəliklər patoloji sarılığa səbəb olan əsas faktorlardandır. Eynizamanda, yenidoğulmuş körpənin həddindən artıq isti mühitdəsaxlanılması, kifayət qədər qidalanmaması və infeksiyalar dasarılığın yaranmasına gətirib çıxara bilər. Bu baxımdan fiziolojivə patoloji sarılığın düzgün differensial diaqnostikası, eləcə dəpatoloji sarılığın vaxtında və düzgün müalicəsi əsas əhəmiyyətdaşıyır. Az çəkili, vaxtından əvvəl doğulmuş və infeksiyalaşmasıolan yenidoğulmuşlarda sarılıq daha uzunmüddətli və intensivformada müşahidə olunur”, - həkim qeyd edib.

Seçilən
90
1
az.trend.az

2Mənbələr