AZ

“Qarabağ Mechack 9030” uşaqlar üçün robototexnika təlimlərinə start verdi

“Qarabağ Mechack 9030” komandası eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün robototexnika təlimlərinə start verdi.

QHT.az xəbər verir ki, Azərbaycanın və Qafqazın FIRST Robotics Competition üzrə ilk və yeganə komandası olan “Qarabağ Mechack 9030” Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin benefisiarları üçün xüsusi robototexnika təlimlərinə başlayıb.

NASA-nın ideya müəllifi olduğu FRC proqramı çərçivəsində həyata keçirilən bu 3 aylıq STEAM layihəsi 8–14 yaş arası eşitmə və nitq məhdudiyyəti olan uşaqların elm, texnologiya və yaradıcılıq sahələrində inkişafını hədəfləyir. Təlimlər zamanı iştirakçılar LEGO Education robotika dəstləri ilə işləyəcək, robotlar yığacaq və sadə proqramlaşdırma bacarıqları əldə edəcəklər.

Layihənin əsas məqsədi uşaqların yaradıcılıq və problem həll etmə bacarıqlarını gücləndirmək, komanda işi vərdişlərini formalaşdırmaq, həmçinin onların özünəinamını və sosial bacarıqlarını artırmaqdır. Təlimlər fərdi mentor dəstəyi ilə, təhlükəsiz və inklüziv mühitdə keçirilir.

Tam ödənişsiz əsasda təşkil olunan proqram ayda bir dəfə olmaqla ümumilikdə üç görüşdən ibarətdir və layihənin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.

Bu təşəbbüs inklüziv təhsilin təşviqi və xüsusi qayğıya ehtiyacı olan uşaqların STEAM sahələrinə cəlb edilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

Seçilən
16
qht.az

1Mənbələr