Audiovizual Şurasında televiziya kanallarının proqram direktorları və baş redaktorları ilə "Televiziya yayımında Azərbaycan dilinin saflığının qorunmasına nəzarət" mövzusunda görüş keçirilib.
"Yeni Sabah" xəbər verir ki, görüşdə televiziya yayımında xarici sözlərdən istifadə ilə bağlı monitorinqlər üzrə 2025-ci ilin dekabr ayının statistikası müzakirə olunub.
Dilçilik İnstitutunun rəsmi rəyinə əsasən, istifadə olunan sözlərdən 33-ü Azərbaycan dilində qarşılığı olan xarici söz kimi müəyyən edilib.
Ümumi nəticələrinə əsasən, dekabr ayında Azərbaycan dilində qarşılığı olan 33 xarici sözdən 14 televiziya kanalının aparıcıları 1366 dəfə işlənib.
Telegram kanalımız