AZ

"Çelsi" 18 yaşlı futbolçu transfer etdi

BAKI, 26 yanvar. TELEQRAF

"Çelsi” Çempionşip təmsilçisi "Şeffild Uensdey”in futbolçusu İsa Alaonu transfer edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı ingilis futbolçu London təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.

Transfermarkt portalının məlumatına görə, “mavilər” oyunçu üçün 500 min funt-sterlinq ödəyib.

Qeyd edək ki, cari mövsümdə Alao“Şeffild Uensdey"in heyətində bütün turnirlər üzrə 6 oyunda iştirak edib.

Seçilən
28
teleqraf.com

1Mənbələr