Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, “Koroğlu” metro stansiyasının yaxınlığında hərəkət edən yük avtomobilinin təkərləri yerindən çıxıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Yeni Sabah”a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, lakin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri diqqətli olmağa və hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamağa çağırıb. Mərkəz bildirib ki, texniki nasazlıqların vaxtında aradan qaldırılmaması qəza riskini artırır.
Sürücülərdən xahiş olunur ki, yol hərəkəti qaydalarına riayət etsin və təhlükəsizlik tədbirlərini unutmasınlar.
Telegram kanalımız