AZ

Ötən ay Azərbaycanda aparıcılar efirdə 1366 dəfə xarici sözdən istifadə edib

Bakı. Trend:

26 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası AudiovizualŞurasında televiziya kanallarının proqram direktorları və başredaktorları ilə “Televiziya yayımında Azərbaycan dilininsaflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirilib.

Bu barədə Trend-ə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, görüşdə televiziya yayımında xarici sözlərdənistifadə ilə bağlı Audiovizual Şuranın apardığı monitorinqlər üzrə2025-ci ilin dekabr ayının statistikası müzakirə olunub.

Keçən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında olan 14televiziya kanalının efiri süni zəka əsaslı proqram vasitəsiləmonitorinq olunub. Monitorinq zamanı bədii filmlər, seriallar,tamaşalar və digər bədii əsərlər, həmçinin xarici vətəndaşlarınçıxışları nəzərə alınmayıb.

İlkin müşahidələr nəticəsində ən çox rast gəlinən xaricisözlərin istifadəsi yoxlanılıb. Daha sonra həmin sözlərin siyahısıAMEA-nın Dilçilik İnstitutuna təqdim olunub, onların həqiqətənxarici söz kimi Azərbaycan dilində qarşılığının olub-olmamasınınbildirilməsi xahiş olunub. Dilçilik İnstitutunun rəsmi rəyinəəsasən təqdim olunmuş sözlərdən 33-ü Azərbaycan dilində qarşılığıolan xarici söz kimi müəyyən edilib. Bundan sonra, monitorinqinnəticələri dəqiqləşdirilib və yenilənib.

Monitorinqin ümumi nəticələrinə əsasən, dekabr ayında Azərbaycandilində qarşılığı olan 33 xarici söz 14 televiziya kanalınınaparıcıları tərəfindən ümumi olaraq 1 366 dəfə istifadə olunub.

Görüşdə aparılan monitorinq işlərinin davamlı olacağı diqqətəçatdırılıb, monitorinqin nəticələrinin televiziya yayımçılarıtərəfindən ciddi nəzərə alınması tövsiyə olunub. Yayımçılara buistiqamətdə redaksiya nəzarətinin gücləndirilməsinin vacibiyibildirilib, növbəti monitorinqlərin nəticələrinə əsasən Azərbaycandilində qarşılığı olan xarici sözlərdən yersiz istifadə hallarındatendensiyanın azalmayacağı təqdirdə, qanunvericiliyiə müvafiqolaraq inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi qeydolunub.

Məqalədə:
Seçilən
80
7
az.trend.az

10Mənbələr