AZ

AŞPA-nın vitse-prezidenti Rubinyan oldu

AŞPA-nın vitse-prezidenti Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan seçilib.

Adalet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Rubinyan özü məlumat yayıb.

"Mən Ermənistana ayrılan kvota ilə AŞPA-nın vitse-prezidenti seçildim", - deyə o qeyd edib. 

Rubinyan bundan əvvəl Ermənistan-Türkiyə normallaşması üzrə komissiyanın rəhbəri olub. Daha sonra Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri təyin edilib. 

Seçilən
66
3
adalet.az

5Mənbələr