AZ

İnternet kəsintisinin İran iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Bakı. Trend:

Son vaxtlar İranda internetə çıxışın kəsilməsinin ölkəninmakro-iqtisadiyyatına vurduğu ziyan gündəlik 50 trilyon rial(təxminən 50 milyon dollar) hesablanır.

Trend-inməlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyalarınaziri Seyid Səttar Haşemi bu gün (26 yanvar) internetinkəsilməsinin rəqəmsal iqtisadiyyata vurduğu ziyanın araşdırılmasıüzrə iclasda deyib.

Onun sözlərinə görə, internetin kəsilməsi ölkənin rəqəmsaliqtisadiyyatına isə gündəlik 5 trilyon rial (təxminən 5 milyondollar) ziyan vurub.

Haşemi bildirib ki, rəqəmsal iqtisadiyyat isə ölkəniniqtisadiyyatında minimum 5% paya sahibdir.

Haşemi deyib ki, hazırda ölkədə təxminən 10 milyon nəfərrəqəmsal iqtisadiyyat sahəsində fəaliyyət göstərir. İnternetinkəsilməsi vətəndaşların məşğulluğun və məişət durumuna zərbə vururvə sosial mənfi nəticələrə səbəb ola bilər.

“Hesablamalar göstərir ki, şirkətlər və internetlə fəaliyyətgöstərən iş yerləri orta hesabla təxminən 20 gün vəziyyətə tabgətirə bilər və ölkə hazırda qeyd olunan günə çatmaqdadır.

Buna əsasən mövcud imaknlardan istifadə edərək dəyən ziyanlarıazaltmaq məqsədilə addım atmaq lazımdır. Kiçik şirkətlər prioritettəşkil etməklə dəstəklərə başlamaq lazımdır. Hərçənd ağır vəziyyətböyük şirkətlərə də keçməkdədir. Ümid edilir ki, ölkənin normalrabitə şəraitinə keçəcəyi gözlənilir”, - deyə o qeyd edib.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Əlavə edək ki, 8 yanvardan etibarən İranda internetə giriş ciddişəkildə məhdudlaşdırılıb. Sonrakı günlərdə ölkə daxilində internetmüəyyən səviyyədə bərpa olunsa da, beynəlxalq internetə çıxışsahəsində məhdudiyyətlər qalmaqdadır.

Məqalədə:
Seçilən
154
2
az.trend.az

3Mənbələr