Yanvarın 27-də Fransada G7 ölkələrinin (ABŞ, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada və Birləşmiş Krallıq) maliyyə nazirlərinin ilk görüşü keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" Fransa Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Görüşdə Ukraynaya yardım və vacib xammalın tədarükü müzakirə olunacaq.
Qeyd olunur ki, görüşdə xammal təchizatı, Ukraynaya yardım, qlobal balanssızlığın aradan qaldırılması və yeni beynəlxalq tərəfdaşlıq proqramı da gündəm mövzusu olacaq.