AZ

ANAMA Kambocada vəfat edən əməkdaşı barədə məlumat YAYDI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Kambocada vəfat edən əməkdaşı ilə bağlı yeni məlumat yayıb.

Redaktor.az-ın məlumatına görə, qurumun yaydığı açıqlamada deyilir ki, Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən ANAMA-nın minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar cari ilin 14 yanvar tarixində həmin ölkədə xəstəxanaya yerləşdirilib. O, 18 yanvar tarixində isə Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və 25 yanvar tarixində vəfat edib.

Məsələ ilə bağlı bir neçə gün öncə Malayziyaya ezam olunan ANAMA əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Malayziyadakı Səfirliyimizin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirirlər.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşın həyatını itirməsindən kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Seçilən
119
11
redaktor.az

10Mənbələr