
Türkiyə Ermənistanda "həlak olan hərbçilərin ailələri, təqaüdçülər və xüsusi qayğıya ehtiyacı olan ailələr də daxil olmaqla, Ermənistan cəmiyyətinin həssas təbəqələrini dəstəkləmək üçün" 10 milyon dollar ayıracaq.
Missiya.Az xəbər verir ki, bu barədə “Caucasian Live” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Məlumata görə, vəsait Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyanın rəhbərlik etdiyi "Mənim Addımım" xeyriyyə fonduna gedəcək.
Qeyd olunub ki, hələlik nə Ermənistan nə də Türkiyə rəsmiləri məlumatı təsdiq etməyib.
Daşqın HəsənovMissiya.Az