“Kalaşnikov” konserni yüksək performansını sübut etmiş kiçik döyüş silahların istehsalını 2026-cı ildə artıracaq.
Herbiand.az bu barədə konsernin mətbuat xidmətinə istinadən bildirir.
Məlumata görə, əsas artım qısaldılmış 5.45 mm AK-12K avtomatı, 7.62 mm Çukavin snayper tüfəngi və digər tələbatlı məhsulların istehsalına təsir edəcək. Rusiya ordusunun əsas fərdi silahı olan 5.45 mm AK-12 avtomatı üçün sifarişlər isə davamlı olaraq yüksək səviyyədə qalır.
Bəxtiyar CƏFƏRLİ