AZ

Pezeşkian və Əraqçı Trampa gizli məktub göndərib

İki həftə əvvəl ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçının Trampa göndərdiyi “WhatsApp” mesajını, eləcə də Prezident Məsud Pezeşkianın yazılı zəmanətini ABŞ dövlət başçısına çatdırıb. Məqsəd Trampı mümkün hərbi hücumu təxirə salmağa razı salmaq olub.

Missiya.Az xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti yüksək vəzifəli israilli mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Uitkoff Tehranla diplomatik yol üzrə fəal şəkildə irəliləyir və İran tərəfi gərginliyin artmasının qarşısını almaq üçün birbaşa Vaşinqtona mesaj göndərib.

Məlumata görə, İran Prezidentinin yazılı zəmanəti mesajın əsas hissəsini təşkil edib və Tehran–Vaşinqton xəttində etimad mühiti yaratmaq məqsədi daşıyıb.

İsrailli rəsmi qeyd edib ki, bu faktor Trampın qərarını dəyişən yeganə amil olmasa da, ABŞ Prezidentinin mövqeyinə və yanaşmasına təsir göstərib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
35
missiya.az

1Mənbələr