AZ

ABŞ-da qar fırtınasında 11 nəfər ÖLÜB

Ajans.az CNN-ə istinadən xəbər verir ki, ötən həftə sonu 200 milyon insanı əhatə edən qar fırtınasında bəzi ərazilərdə təxminən 40 sm qar yağıb. PowerOutage monitorinq resursuna görə, 900 mindən çox ev təsərrüfatı elektriksiz qalıb. Qar yağışı ABŞ-da nəqliyyat sistemini də ciddi şəkildə pozub, təxminən 20 min uçuş ləğv edilib. 23 ştatda fövqəladə vəziyyət elan olunub. ABŞ Prezidenti Donald Tramp cümə günü bildirib ki, təcili yardım xidmətləri rekord həddə çatan soyuq və qar fırtınalarına tam hazırdır.

Sinoptiklərin məlumatına görə, həftə ərzində ABŞ-da qar yağışı, çovğun, yağış və donma temperaturu davam edəcək.

Seçilən
26
Ajans.az

1Mənbələr