AZ

Trampdan Almaniyadan Əfqanıstanla bağlı açıqlamalarına görə üzr istəyəcək????



Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ prezidenti Donald Trampdan NATO müttəfiqlərinin Əfqanıstandakı töhfələrini kiçiltdiyinə görə üzr istəməsini tələb edib.Nazir Pistorius ARD televiziyasına verdiyi açıqlamada Trampın sözlərini Amerika qüvvələri ilə birlikdə döyüşərkən həyatını itirən müttəfiq əsgərlərə hörmətsizlik adlandırıb və ABŞ prezidentindən üzr istəməsini tələb edib.
Pistorius Trampın sözlərini "yersiz və hörmətsiz" adlandıraraq "Həyatını itirən əsgərlərin ailələrindən üzr istəmək nəzakət, hörmət və anlayış əlaməti olardı" dedi.

ABŞ-lı həmkarı Pit Heqsetlə bu məsələni birbaşa müzakirə edib-etməyəcəyi soruşulduqda, Pistorius "Əlbəttə ki, onu görən kimi onunla danışacağam" dedi.

Ötən həftə Fox News-a verdiyi müsahibədə ABŞ prezidenti Donald Tramp ABŞ-ın Əfqanıstanda NATO qoşunlarına heç vaxt ehtiyac duymadığını və müttəfiq qüvvələrinin münaqişə zamanı cəbhə xəttindən uzaq durduğunu iddia etdi.

Bu açıqlamalar Avropa müttəfiqləri, xüsusən də 20 illik missiya zamanı itki verən Danimarka, Almaniya və Böyük Britaniya tərəfindən tənqidlə qarşılandı.

2001-2021-ci illər arasında Almaniya Əfqanıstandakı NATO missiyalarında 59, Böyük Britaniya 457 və Danimarka 43 əsgər itirdi.

aia.az
Tərcümə şöbəsi



Seçilən
25
2
aia.az

3Mənbələr