İsrail Azərbaycana, xüsusilə müdafiə, enerji, su resursları, texnologiyalar və kibertəhlükəsizlik sahələrinə investisiyaların artırılmasında maraqlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.
"Bütün bu məsələləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüm zamanı ətraflı müzakirə etdim", - G.Saar qeyd edib.
O, əlavə edib ki, hər iki ölkə öz regionlarında sabitliyin dayağıdır və inkişaf etmiş iqtisadiyyata malikdir: "Biz bu strateji tərəfdaşlığı yeni səviyyəyə çıxarmağa - qarşılıqlı investisiyaları artırmağa və insanlar arasında əlaqələri dərinləşdirməyə çalışırıq. Əminəm ki, biz buna nail olacağıq".