AZ

260 müharibə iştirakçısı tam sağalıb, əlilliyi aradan qalxıb

“Post müharibə dövründə 4494 nəfərə əlillik təyinatı aparılıb. Onlardan 260 nəfəri artıq tam sağalıb, reabilitasiya olunub və əlilliyi mövcud deyil”.Metbuat.az-ın məlumatına görə, bu sözləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev 2025-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib. Agentlik sədri bildirib ki, post müharibə dövründə 3747 nəfərə sosial psixoloji reabilitasiya xidməti göstərilib: “Həmçinin 2417 nəfər müharibə iştirakçısına protez və 88 446 reabilitasiya aləti təqdim olunub. 500 nəfərdən çox əlilliyi olan şəxsə isə 620 reabilitasiya aləti, protez və sair təqdim olunub”.Ramin Rzayev çağırışçıların ilkin tibbi müayinəsinin də Agentlik tərəfindən aparıldığını diqqətə çatdırıb: “Agentlikdə müasir tibbi şərait yaradılıb. Çox operativ şəkildə gün ərzində həkimlər tərəfindən yoxlanılır və 24 saatda elektron sistemə yönəldilir. Burada məqsəd silahlı birləşmələrin sağlam yararlı komplektləşdirilməsini təyin etməkdir”.Sədr qeyd edib ki, Agentlik tərəfindən son illərdə rəqəmsal sahədə “Sənə Özəl” layihəsi formalaşdırılıb. Layihənin məqsədi "e-sosial" mobil tətbiqi üzərindən əlilliyi olan şəxslərin müvafiq imtiyazlardan faydalanmasını təmin etməkdir.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
97
metbuat.az

1Mənbələr