AZ

Yeni park nə vaxt tikiləcək?

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində hamı yaxşı bilir ki, insanların istirahəti və dincəlməsi üçün normal bir park yoxdur. Babat bir yer  " Fatimeyi - Zəhra" məscidinin yanandakı parkdır o da  bir qədər böyük deyil. Yəni 200 minə yaxın əhalisi olan bir qəsəbə üçün bu park çox kiçikdir.

Çünki yay vaxtı orada o qədər adam olur ki, parka  yerimək belə çətin olur. Son vaxtlar burada  yarımçıq qalmış  və bərbad vəziyyətdə olan  tikililər söküləndən sonra  insanların yeni parka olan ümidləri artıb.

Deyilənə görə, " Ana- bala heykəlinin yanında  yeni park tikiləcək.Sözün düzü , bu günəşli camaatını çox sevindirib. Söküntüdən sonra  həmin ərazini təmizləyib hasara alıblar. Və indi orada  heç bir tikinti işləri aparılmır. Bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumuna müraciət etdik.

Oradan bizə bildirdilər ki, hələ bu barədə dəqiq bir söz deyə bilmərik. Amma  çox güman ki, həmin yerdə  yüksək mərtəbəli  binalar deyil, böyük bir park inşa ediləcək. Göründüyü kimi, mövcud yerdə park tikilməsi ehtimalı  daha böyükdür. Heç şübhəsiz ki, bu işlərin həyata keçirilməsi, yazımızın əvvəlində dediyimiz kimi, insanların böyük sevincinə səbəb ola bilər. İnsanları sevindirməkdən də gözəl heç nə ola bilməz!!!

Emil FAİQOĞLU      

Seçilən
15
1
adalet.az

2Mənbələr