Tayvanın ilk yerli istehsalı olan SS-711 “Hai Kung” dizel-elektrik sualtı qayığı suyun altında sınaqlar üçün Qaosyun limanından yola düşüb.
Herbiand.az bildirir ki, “Hai Kung” 2025-ci ilin ikinci yarısında suyun üzərində bir sıra sınaqlar keçirib.
Ümumilikdə, Tayvanda 8 belə sualtı qayığın istehsalı gözlənilir.
Dərc olunmuş məlumatlara görə, sualtı qayığın su tutumu təxminən 2500 tondur. Suya enmə dərinliyi 350 metrə çatır ki, bu da hazırda Tayvan donanması tərəfindən istifadə edilən “Hai Long” sinifli sualtı qayıqların (1987-1988-ci illərdə Niderlanddan alınıb) imkanlarını xeyli üstələyir.
“Hai Kung” həm sualtı hədəfləri, həm də böyük suüstü gəmiləri məhv edə bilən Amerika istehsalı olan 533 mm-lik Mk48 Mod6 Advanced Technology ağır torpedaları ilə silahlanacaq. Gələcəkdə həmçinin, UGM-84L “Harpoon” gəmi əleyhinə raket sistemi ilə təchiz edilməsi planlaşdırılır.
Bəxtiyar CƏFƏRLİ