AZ

Uşaqlarda bu problem autizmlə səhv salınır – Təranə Rəcəbli

Bakı. Trend:

Autizmin diaqnostikası bəzi hallarda eşitmə sinirininpatologiyaları ilə səhv salınır. Bu səbəbdən hazırda respublikaüzrə bütün yenidoğulmuşlar doğulduğu gündən etibarən audiometriyaskrininqindən keçirilir.

Bunu Trend-əmüsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri TəranəRəcəbli bildirib.

Onun sözlərinə görə, autizmin təməlinin hamiləlik zamanıqoyulması barədə sübutlu mənbələr yoxdur:

“Azərbaycanda bu skrininq testləri İcbari Tibbi Sığortaçərçivəsində həyata keçirilir.
2016-cı ildən etibarən “Ana və uşaq sağlamlığı” Dövlət Proqramıçərçivəsində audiometriya skrininqi tətbiq olunur. Hətta özəl tibbmüəssisələrində ana olmuş qadınların körpələrinin də dövlət tibbmüəssisələrində bu skrininqdən keçməsi təmin edilir. Audiometriyacihazları vasitəsilə eşitmə sinirinin funksional vəziyyətiyoxlanılır. Eşitmə siniri ilə bağlı problem vaxtındaaşkarlanmadıqda, belə uşaqlara səhvən autizm diaqnozu qoyula bilər.Bu baxımdan, autizmin differensial diaqnostikasında ilk və əsasşərt eşitmə sinirinin müayinəsidir”, o, qeyd edib.

Seçilən
78
1
az.trend.az

2Mənbələr