AZ

54,5 min nəfərə əlillik təyin edilib" - Agentlik sədri

"Bir ildə 54,5 min nəfərə əlillik təyin edilib".

"Cebheinfo.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2025-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 25,3 mininə ilkin, 29,2 mininə isə təkrar əlillik dərəcəsi verilib.

Ramin Rzayev qeyd edib ki, son bir ildə reabilitasiya xidmətlərindən yararlananların sayı 15 faiz artıb. 

Seçilən
109
cebheinfo.az

1Mənbələr