AZ

AFFA iki klubu texniki məğlubiyyətlə cəzalandırdı

AFFA iki klubu texniki məğlubiyyətlə cəzalandırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Region Liqasında yanvarın 18-nə təyin olunan “Hacıqabul” – “Bakı TFK” matçı qonaqların gəlməməsi səbəbindən baş tutmayıb. Nəticədə, “Bakı TFK” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni tarixdə Yüksək Qızlar Liqasında keçirilməli olan “Zaqatala QFK” – “Baku Juniors” qarşılaşmasında da oxşar hal yaşanıb. “Baku Juniors” komandası təyin olunan vaxtda meydanda olmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Seçilən
98
9
idmanxeber.az

10Mənbələr