AZ

Azərbaycanla İsrail arasında investisiyalar 600 milyon dollara yaxındır - Nazir

Azərbaycanla İsrail arasında iqtisadi əməkdaşlıq investisiyaların qorunması və ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlərlə təmin olunur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda İsrail sərmayəsi ilə 130 şirkət fəaliyyət göstərir. İki ölkə arasında qarşılıqlı investisiyaların ümumi həcmi təxminən 600 milyon ABŞ dolları təşkil edir.

Nazir qeyd edib ki, bu sazişlər biznes əlaqələrinin genişlənməsi üçün əlverişli şərait yaradır.

Gülnar Nazimqızı 

Seçilən
43
anews.az

1Mənbələr