AZ

“Maxovik” satan, kisəçi oğlan Vasif Əlihüseyn yazır...

Adelet.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ölkədə indi adama elə bir əmək haqqı təklif olunur ki, onunla ailə dolandırmaq mümkün deyil. Məcbursan iki yerdə işləyəsən. “Çatmır” sözü isə demək olar ki, hamımızın evinin qonağıdı. Nə qədər çalışırsan, qazanırsan, alırsan-satırsan, amma yenə də çatmır. 

Günlərin birində rayonda qonaq idim, yaxın uşaqlardan biri gəlib dedi ki, gedək Masallıdan texnikam üçün “maxovik” ehtiyat hissəsi alaq. Birlikdə ehtiyat hissələri satılan ünvana yollandıq və adı çəkilən ehtiyat hissəsini bizə bir cavan oğlan satdı.

Üstündən bir neçə gün keçəndən sonra isə başqa bir yaxın adamla Masallıya hamama getdik. Elə bir az çiməndən sonra dedim ki, kisəçini çağırın, gəlsin. Doğrusu, hamama ancaq kisələnmək üçün gedirəm.

Kisəçi gəlib qapını açıb hamama girəndə məəttəl qaldım. Həmin “maxovik” satan oğlan idi. Dedim ki, qardaş, sən hara, bura hara? Sən o gün bizə ehtiyat hissəsi satan qardaş deyilsən? Dedi ki, hə əmi, həmin oğlanam. Neyniyim, dolanışıq çətindi, orda da işləyirəm, burda da. 

Baxdım ki, doğrudan da bu cavan oğlanı qınamalı deyil. Burda da adamın birini 5 manata kisələyir. Ondan da hamam sahibinə faiz verir və yerdə qalan pula da evinə çörək aparır. 

Allah hamının işini avand eləsin...

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
adalet.az

2Mənbələr