AZ

Avetyan: Türkiyə ilə sərhədin açılmasında ilk və ən sürətli nəticə turist axınının artması olacaq

Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkələrin vətəndaşları üçün açılması qısa müddət ərzində Ermənistana turist axınının artmasına səbəb ola bilər.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan Türkiyə ilə sərhəddə yerləşən "Marqara" sərhəd-keçid məntəqəsinə baxış zamanı bildirib.

"Ermənistan-Türkiyə sərhədinin açılmasında ilk və ən sürətli nəticə turist axınının artması olacaq", - o qeyd edib.

Nazir müavininin sözlərinə görə, hazırda Ermənistan "Lars" sərhəd-keçid məntəqəsindən çox asılıdır və Türkiyə ilə sərhədin açılması sahibkarlara müsbət təsir göstərəcək.

"Birincisi, nəqliyyat xərcləri azalacaq, təchizat zəncirləri sadələşəcək və bazarlara çıxış genişlənəcək. Sərhədlərin bağlı qalması isə logistika xərclərini artırıb, rəqabəti məhdudlaşdırıb və erməni istehsalçılar üçün ciddi problemlər yaradıb", - o əlavə edib.

Nazir müavini, həmçinin bildirib ki, ekspertlərin qiymətləndirmələrinə görə, sərhədin açılması xarici ticarətə, investisiya mühitinə və axınına müsbət təsir göstərə bilər.

Seçilən
11
far.az

1Mənbələr