AZ

 Deyirlər ki, yenə qar yağacaq....

 Yanvarın 20- si Bakıya ilk qar yağdı. Bu , hər şeydən öncə uşaqların böyük sevincinə səbəb oldu. Elə böyüklər də az sevinmədi.İlk qar göstərdi ki, Bakı soyuq havalara, qarlı günlərə heç də tam hazır deyilmiş.

Düzdür, qar yağan axşam Bakının mərkəzi küçə və prospektləri qardan normal təmizləndi, amma ikinci dərəcəli yollar, eləcə də məhəlləarası yerlə təmizlənmədi. Bu istər - istəməz bəzi problemlərin yaranmasına gətirib çıxardı.Yəni həmin yerlərlə hərəkət edən avtomobillər, eləcə də piyadalar bir çox çətinliklərə üzləşdilər.

Belə ki, avtomobillər  qarlı havada sürüşdü, bir çox piyadalar  yıxılaraq müxtəlif dərəcəli xəsarət aldılar. Hansı ki, həmin yerlərdə də qar vaxtında təmizləmək olardı ki, dediyimiz problemlər yaranmasın. Qar yağanda paytaxtda bir çox yerlərdə  işıqlar söndü, mənzillərə verilən istiliyin təzyiqi aşağı düşdü! Görünür, bizə  və daha doğrusu, şəhərimizə qar yaraşmır. Bunlar keçmişdə qaldı.

Heç olmazsa, yenə qar yağsa, xidmət sahələri   bu sadaladığımız nöqsanları  aradan qaldırsın, onlar qarlı havada  insanların ovqatın korlamasınlar. Qar yağanda biz əziyyət yox, ona baxın ləzzət alaq!!!

Emil FAİQOĞLU  

Seçilən
16
adalet.az

1Mənbələr